Hesablama Palatası və İndoneziya Ali Audit Orqanı arasında Anlaşma Memorandumu imzalanıb
ADY: BTQ Azərbaycanın regional nəqliyyat-logistika mövqeyini daha da gücləndirib
Azərbaycanın ötən il Gürcüstanda ən çox sərmayə yatırdığı sahə açıqlanıb
IsDB-nin 2026-cı il üzrə İllik Yığıncaqlarına hazırlıq missiyası Bakıda işə başlayıb
7 Fevral 2022 12:12
2 450
Vaqif Qarayev: “Görünür, “pandemiyanın sonu çatır” proqnozuna inanmalıyıq”
“2020-ci ilin bu günlərində beynəlxalq səhiyyə qurumları anons vermişdi ki, planetin 70-80 faizi virusa yoluxacaq, qlobal iqtisadi çöküş olacaq”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri tanınmış həkim Vaqif Qarayev deyib. V.Qarayev bildirib ki, “omicron” peyda olana qədər yoluxma rəqəmi aşağı idi: “Amma indi proqnozlaşdırılan hədəfə çatırıq. İqtisadi çöküş olmasa da hər gün bahalaşmanı hiss edirik. Omicron həyatımıza daxil olanda anons verildi ki, kütləvi yoluxmalar olacaq, indiki peyvəndlər yoluxmadan qorumur. Yoluxma bütün dünyada kütləviləşir. Amma gedişat ağır deyil, ölüm faizi də çox aşağıdır. Bir paradoks da var. Yoluxma sürətlə artsa da qapanmaya gedən çox az sayda ölkə var. Görünür, "pandemiyanın sonu çatır" proqnozuna da inanmalıyıq”.