Putin və Ərdoğan arasında danışıqlar yekunlaşıb
12 Dekabr 15:40
12 Dekabr 15:40
12 Dekabr 12:46
12 Dekabr 12:00
11 Fevral 2022 11:39
2 506
Bu il SİMA yeni nəsil rəqəmsal imza layihəsinə "Face to Pay" üz cizgilərindən istifadə etməklə ödəniş imkanını inteqrasiya etmək planlaşdırılır.
Trend-in məlumatına görə, bunu “AzInTelecom”un kommersiya direktoru Ruslan Əliyev "Yeni nəsil rəqəmsal imza" mövzusunda mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yeni nəsil rəqəmsal imzaya biometrik məlumatların və bulud texnologiyalarının vasitəsilə əməliyyatların aparılması kimi imkanlar inteqrasiya olunub.
"Bu mobil tətbiq vasitəsilə istənilən vətəndaş evdən çıxmadan istənilən rəqəmsal imzanı, eləcə də bank və qeyri-bank təşkilatlarının, digər strukturların xidmətlərini əldə edə bilər", - deyə o bildirib
O qeyd edib ki, bu gün bir neçə maliyyə strukturu ilə bank xidmətlərinin inteqrasiyası, eləcə də "Face to Pay" layihəsinin reallaşdırılması üzrə işlər aparılır.