Merz Trampla planlaşdırılan telefon danışığını ləğv edib Dünya

Merz Trampla planlaşdırılan telefon danışığını ləğv edib

Almaniya kansleri Fridrix Merz çərşənbə gününə planlaşdırılan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığını keçirməkdən imtina edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Merz bu qərarı Ağ Ev rəhbərinin bundan əvvəl Almaniyanın müxalif ultra-sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının Saksoniya-Anhaltda qazandığı qələbəni ictimai şəkildə alqışlamasından sonra qəbul edib.

Eyni zamanda, Merzin hökumət nümayəndəsi bu iki məsələ arasında həqiqətən də əlaqənin olub-olmaması ilə bağlı suala cavab verməkdən imtina edib. Lakin o vurğulayıb ki, kansler dəfələrlə "kənar müdaxilələrə və ya daxili siyasi proseslərin, o cümlədən seçkilərin şərh olunmasına" karşı çıxış edib.

Məryəm Quliyeva