SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
14 Fevral 2022 11:01
2 436
Azərbaycanda ekspertlər, araşdırmaçı jurnalist və media sahəsində analitiklərdən ibarət dezinformasiya ilə mübarizə və kommunikasiya mərkəzinin yaradılması təklif olunub.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc deyib.
Qurum rəhbəri deyib ki, bu gün Vətən müharibəsindən məğlubiyyətlə çıxan dünya erməniləri, Qərb mediasının siyasi korrupsiyaya uğrayan dairələri və onların yerli uzantıları tərəfindən Azərbaycana qarşı sistemli dezinformasiya daha da intensivləşib: “Qarabağ uğrunda mübarizə artıq kiberməkanda kütləvi və siyasi beyinləri ələ almaq mübarizəsinə çevrilib. Halbuki, informasiya məkanı coğrafi ərazimizin ayrılmaz hissəsidir. İqtisadi-siyasi azadlığımız kimi, informasiya müstəqilliyi də suverenliyimizin ayrılmaz parçasıdır. Təsadüfi deyil ki, Avropa İttifaqı 500 milyona yaxın vətəndaşını qorumaq üçün onlarla qanun və proqram qəbul edib, sərt şəkildə onlara əməl edir”.