3 Oktyabr 17:04
3 Oktyabr 13:42
16 Fevral 2022 11:01
3 129
Bakı metropoliteni daha 4 qatar tərkibi alıb.
Bu barədə Trend-ə Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, artıq yeni qatarlar Rusiyanın "Metrovaqonmaş" şirkətinə sifariş verilib.
"Artıq qatarların istehsalına başlanılıb. Yay aylarında 4 qatar tərkibi olan 20 yeni vaqon Bakıya gətirilərək xəttə buraxılacaq. Bununla da metropoliten xəttində yeni qatarların sayı 23-ə çatdırılacaq. Hazırda Bakı metropoliteninin stansiyalarında gün ərzində 40-46 qatar hərəkət edir. Bu da o deməkdir ki, yay aylarından etibarən artıq Bakı metropoliteninin stansiyalarında hərəkət edən qatarların 50 faizi yeni qatarlar olacaq", - deyə qurum rəsmisi bildirib.
3 Oktyabr 17:06
903
3 Oktyabr 10:18
1 036
2 Oktyabr 22:07
1 176