
Ərdoğan Prezident İlham Əliyevə təşəkkür etdi
3 İyun 21:27
3 İyun 21:27
3 İyun 17:55
3 İyun 16:11
İşğaldan azad olunan ərazilərə qaz xətləri yeraltı çəkiləcək.
Bunu "Azəriqaz" İstehsalat Birliyinin Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib.
Onun sözlərinə görə, qaz xətləri müasir polietilen borular vasitəsilə çəkiləcək.
"Torpaqlarımız işğal olunana qədər həmin ərazilərin əksəriyyəti qazlaşdırılmışdı. Lakin işğal dövründə həmin xətlər məhv edilmişdi.
Torpaqlarımız işğaldan azad ediləndən sonra həmin ərazilərdə "Azəriqaz" tərəfindən araşdırmalar aparılıb. Müəyyən edilib ki, hansı ərazidə ermənilər məskunlaşıb, həmin ərazilərdə qaz xətləri qalıb, amma hansı məntəqələrdə ki yaşayış olmayıb, orada xətlər məhv edilib.
Nəzərdə tutmuşuq ki, həmin ərazilərdə müasir və yeni kommunikasiya quraq. Əvvəllər qaz xətləri yerüstü çəkilirdi. Amma indi həmin ərazilərə qaz xətləri yeraltı kommunikasiya şəklində çəkiləcək. "Azəriqaz" nəzərdə tutur ki, həmin ərazilərə bütün şəbəkə polietilen borularla yeraltı çəkilsin",- deyə T.Cəfərov bildirib.