1 İyun 16:51
18 May 2022 10:59
33 733
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 20-dən 27-dək Bakıda ilk dəfə Beynəlxalq Piano Festivalı keçiriləcək.
Nazirlikdən APA-ya verilən xəbərə görə, festival dünyanın hər yerindən olan virtuoz pianoçulara özünü Bakı səhnəsində nümayiş etdirməyə imkan verəcək.
Festival çərçivəsində şəhərin bir neçə konsert müəssisəsində 15-ə yaxın konsertin keçirilməsi nəzərdə tutulub. Həmin konsertlərdə ilk dəfə olaraq pianoda mümkün olan bütün janrların – caz, flamenko, tanqo, klassik və s. ifası planlaşdırılıb.
1 İyun 18:57
1 050
1 İyun 16:22
1 099
28 May 12:14
2 800