Sultanbud kurqanı ətrafında yaranmış vəziyyət mədəniyyət naziri ilə görüşdə müzakirə edilib Mədəniyyət

Sultanbud kurqanı ətrafında yaranmış vəziyyət mədəniyyət naziri ilə görüşdə müzakirə edilib

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov və nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin iştirakıyla Belediyye.info saytının təsisçisi, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri, Qarabağla bağlı çoxsaylı monoqrafiya və məqalələrin müəllifi Vüqar Tofiqli ilə görüş keçirilib.

İki saat yaxın davam edən görüşdə maddi-mədəni irsimizin qorunmasıyla bağlı vətəndaş cəmiyyətinin təmsilçilərinin üzərinə düşən vəzifələr, habelə Sultanbud kurqanı ətrafında yaranmış vəziyyət, o cümlədən Bakı ətrafı kəndlərdə - Fatmayı, Türkan, Zirə, Buzovna qəsəbəsindəki tarixi abidələrin bu günkü durumu geniş müzakirə edilmişdir.
Bildirilmişdir ki, Qafqazın ən böyük maddi-mədən irs nümunəsi olan Sultanbud kurqanı üzərində hər hansı tikintinin aparılması yolverilməzdir. Bununla bağlı həmçinin Arxeologiya İnstitutunun elmi əsaslara söykənən genişməzmunlu rəyi var.
Nazir Anar Kərimov maddi-mədəni irsin qorunmasında bundan sonra da ciddi addımların atılacağını bildirib. Hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Sözsüz ki, vətəndaşlarda, vətəndaş cəmiyyətinin təmsilçiləri də bu isdə öz dəstəyini göstərməlidir.
Görüşdə həmçinin dünyada ikinci hesab edilən Ağdam Çörək Muzeyi ilə bağlı toplanmış ekspontların gələcək taleyi də müzakirə edilib.
Cavid