“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
31 Mart 2023 13:17
6 251
Bakıdakı Rus Evində Azərbaycan Respublikasının Əməkdar artisti Anton Ferştandtın “40 yaşda həyat yenicə başlayır” adlı yubiley konserti keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konsert proqramına müxtəlif dövrlərdə yaşamış Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxil idi. Bu əsərlər həm yubilyarın öz ifasında, həm də dostlarının ifasında təqdim edilib.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, RF səfirliyinin, bir sıra ölkələrin diplomatik korpuslarının, təhsil müəssisələrinin nümayəndələri, incəsənət xadimləri, mədəni ziyalılar, kütləvi informasiya vasitələrinin təmsilçiləri və rusiyalı həmvətənlər yubiley konsertinə gəliblər.
Yubilyarın dostları – musiqiçilər, o cümlədən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina, Azərbaycan Respublikasının Əməkdar artisti Aleksey Miltıx, Bakı Musiqi Akademiyasının konsertmeysteri Dilarə Kərimova, beynəlxalq müsabiqələr laureatı Kamilla İmanova, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi, respublika müsabiqələrinin diplomantı Daler Odinayev onu təbrik ediblər.
12 Dekabr 12:41
1 967
12 Dekabr 11:53
2 058
12 Dekabr 11:33
1 988