Tehran bombardmanlar nəticəsində evini itirənləri otellərdə yerləşdirir
İİKK: İran Bəhreyndə ABŞ-ın Şeyx İsa hərbi bazasına raket zərbələri endirib
ABŞ və İsrailin Fars vilayətinə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 59-a çatıb
Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
23 İyun 2023 14:24
7 826.jpg)
Bu ilin sentyabr ayında Özbəkistanın Bakıdakı səfirliyi və Özbəkistan Rəssamlıq Akademiyasının dəstəyi ilə Daşkənddə Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevin əsərlərindən ibarət sərgi açılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov ilə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev arasında keçirilən görüşdə bildirilib.
Ç.Fərzəliyev səfirə 1924-cü ildə Azərbaycan Dövlət Muzeyinin tərkibində incəsənət şöbəsi kimi əsası qoyulan muzeyin tarixindən danışıb, 1936-cı ildən müəssisənin Azərbaycan Dövlət İncəsənət Muzeyi kimi müstəqil fəaliyyət göstərməyə başladığını qeyd edib.
Çingiz Fərzəliyevin sözlərinə görə, 18 mindən çox eksponatın toplandığı muzey Azərbaycanın aparıcı mədəniyyət mərkəzlərindən biri hesab olunur, milli dekorativ-tətbiqi sənət növləri ilə yanaşı, Qərb və Şərq incəsənətinin müxtəlif dövr, növ və üslublarına aid əsərləri də özündə əks etdirir.
Görüşdə xalqlar arasında əməkdaşlığın qurulmasında mədəni əlaqələrin əsas rollardan biri olduğu, eləcə də Özbəkistan ilə Azərbaycan arasında dialoqun qurulmasına sənət adamlarının bilavasitə töhfə verdiyi vurğulanıb.
Səfir qeyd edib ki, iki ölkə prezidentləri tərəfindən müəyyən edilmiş siyasi fon mədəni əlaqələrin inkişafı üçün müstəsna əlverişli şərait yaradır. Bu kontekstdə gənc nəslin birgə layihələr həyata keçirmək imkanının olması üçün hər il sərgilər, konfranslar, biennalelər və digər tədbirlər şəklində sıx əlaqələrin intensivləşdirilməsi təklif olunur.
2 Mart 11:22
1 463
2 Mart 09:52
1 512
27 Fevral 13:13
2 695