“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
9 İyul 2024 15:06
5 173
İyulun 12-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matroşka” pyesi əsasında hazırlanan “Qadınım” tamaşası yenidən nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, musiqili melodram janrında qurulan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.
“Qadınım”da teatrın gənc aktyorları Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet heyəti iştirak edirlər.
Türk retro musiqilərinin canlı ifa olunduğu tamaşanın süjet xəttində sevgi və ehtiras dolu iki aşiqdən bəhs olunur. İlk baxışdan sadə görünən tamaşanın əslində dərin mənaları var. İnsanların ailə və cəmiyyət içərisində özlərini tənha hiss etmələri, ömrü boyu ideal sevgi və xoşbəxtlik axtarışında olmaları çox vaxt onlara xəyal qırıqlığı yaşadır.
31 Oktyabr 17:15
1 589
31 Oktyabr 11:59
1 708
31 Oktyabr 11:46
1 743