Rusiya Kiyevin vurdu: ölənlər var Dünya

Rusiya Kiyevin vurdu: ölənlər var

Rusiyanın iyulun 2-nə keçən gecədən etibarən Kiyevə endirdiyi intensiv hava zərbələri nəticəsində ölənlərin sayı 2-yə, yaralananların sayı isə 16-ya çatıb.

Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, kütləvi hava hücumları paytaxtın Obolon, Qoloseyev, Şevçenko, Svyatoşin və Podil rayonlarında mülki infrastruktur obyektlərinə və yaşayış binalarına ciddi ziyan vurub.

Tkaçenko dağıntılar altında insanların qala biləcəyini bildirib və ölənlərlə yaralananların sayının arta biləcəyini istisna etməyib.