Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsi beynəlxalq mediada geniş işıqlandırılıb
Ərdoğan: ABŞ-ın Maduronu Türkiyəyə dəvət etməsi xəbərləri doğru deyil
2025-ci ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9%-ə yaxın artıb
Türkiyədə qəzaya uğrayan təyyarənin qara qutuları Britaniyaya göndəriləcək
18 Dekabr 2024 14:07
8 715
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli rus bəstəkarı Sergey Raxmaninova ithaf olunmuş kamera vokal musiqi konserti keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, konsertdə Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mahir Tağızadə, respublika və beynəlxalq müsabiqələr laureatları Nigar Cəfərova və Aysun Mahmudzadə görkəmli bəstəkarın yaradıcılığından inciləri dinləyicilərə təqdim ediblər.
Təntənəli konsert gecəsi dünyaşöhrətli pianoçu Fərhad Bədəlbəylinin və istedadlı gənc musiqiçilərin əsrarəngiz ifası ilə romantik musiqi dünyasına qərq olan musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.