7 Yanvar 2025 17:33
7 980
Naxçıvan Dövlət Milli Dram Teatrının baş rejissoru vəzifəsini icra edən Mir Qabil Qafil oğlu Əkbərov teatrın direktoru vəzifəsinə təyin edilib.
Bu barədə Xalqcebhesi.az-a Teatrın mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Həsən Seyidov qərar imzalayıb.
Qərara əsasən teatrın baş rejissoru vəzifəsinin müvəqqəti icrası direktor Əkbərov Mir Qabil Qabil oğluna həvalə edilib.
5 İyun 11:31
1 981
5 İyun 11:31
2 093
5 İyun 08:41
2 058