Putin və Ərdoğan arasında danışıqlar yekunlaşıb
12 Dekabr 15:40
12 Dekabr 15:40
12 Dekabr 12:46
12 Dekabr 12:00
5 Mart 13:45
8 596
Martın 12-də Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Respublikasının Milli İncəsənət Muzeyinin kolleksiyasından seçilmiş rəngkarlıq və qrafika əsərlərindən ibarət “Y.Pen, Y.Kruqer. Belarusda rəssamlıq təhsilinin baniləri” adlı sərgi açılacaq.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə XIX əsrin sonu - XX əsrin ortalarına aid 61 rəngkarlıq və qrafika əsəri təqdim olunacaq.
Ekspozisiyada görkəmli Belarus rəssamları Yuri Pen (1854-1937) və Yakov Kruqerin (1869-1940) bədii irslərinin, eləcə də onların tələbələrinin bütöv bir pleyadasının – dünyaşöhrətli Mark Şaqal və Mixael Kikoin, Belarus SSR-nin Xalq rəssamı İvan Axremçik, sovet, Belarus rəngkar və qrafikləri Lev Zevin, Mixail Kunin, Lev Leytman, Lazar Ran, Yefim Poyak, Vyaçeslav Rutsay, Mixail Stanyut, Solomon Yudovin, Pyotr Yaviç kimi Belarus milli incəsənət məktəbinin “portretini” yaratmış müxtəlif bədii cərəyanların nümayəndələrinin yaradıcılığı əks olunub.
Sərgi mayın 4-dək davam edəcək.
12 Dekabr 12:41
1 407
12 Dekabr 11:53
1 484
12 Dekabr 11:33
1 435