Ərdoğan: Türkiyə-Aİ münasibətlərində viza liberallaşdırılması vacibdir Dünya

Ərdoğan: Türkiyə-Aİ münasibətlərində viza liberallaşdırılması vacibdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) Türkiyə ilə münasibətlərdə Gömrük İttifaqının yenilənməsi və viza liberallaşdırılması istiqamətində addımlar atmasının vacib olduğunu bildirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, o, bu barədə Avstriya Kansleri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Türkiyə lideri Aİ-nin bu istiqamətdə atacağı addımların həm Türkiyənin, həm də Avropanın maraqlarına xidmət edəcəyini vurğulayıb.