18:34
420
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni əməliyyatların olacağını elan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.
"Rusiya əleyhinə uzaqmənzilli sanksiyalar planının icrasını, eləcə də bizim orta məsafəli zərbələrimizi ətraflı müzakirə etdik. Əməliyyatların bir hissəsinə düzəlişlər etdik, yeni əməliyyatları da təsdiqlədik", — deyə Zelenski qeyd edib.
O, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatı ilə keçirdiyi müşavirədə bildirib.
Məryəm Quliyeva