Litva Aİ-nin Miqrasiya Paktına yenidən baxılmasını tələb edəcək Gündəm

Litva Aİ-nin Miqrasiya Paktına yenidən baxılmasını tələb edəcək

Litva 1 yanvar 2027-ci ildə üzərinə götürəcəyi Aİ Şurasına sədrliyi dövründə Avropa İttifaqının Miqrasiya və Sığınacaq Paktına yenidən baxılması məsələsini qaldıracaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə daxili işlər naziri Martinas Katelinas jurnalistlərə bildirib.

"İyun ayında qüvvəyə minən yeni miqrasiya paktının əsas aşkar problemi ondan ibarətdir ki, o, sərhəd mühafizəsinin hərəkət imkanlarını məhdudlaşdırır. Biz buna İspaniyanın muxtar şəhəri Seutada baş verən hadisələr zamanı əmin olduq", — deyə o bildirib. "Buna görə də biz bu sənədin müddəalarına yenidən baxılması məsələsini qaldırmaq üçün əsaslar görürük".

Nazirin sözlərinə görə, miqrasiya siyasətini həyata keçirərkən real beynəlxalq şərait nəzərə alınmalıdır. "Aİ-nin Miqrasiya və Sığınacaq Paktı dövlətlərin təhlükəsizliyinə zidd olmamalıdır. Bu, sərhədləri Aİ-nin xarici sərhədləri olan ölkələrə xüsusilə kəskin təsir göstərir", - deyə o vurğulayıb.

Məryəm Quliyeva