18:27
399
İspaniyanın Seuta şəhərinin hökumət başçısı Xuan Xesus Vivas ölkə hakimiyyətini şəhərdə qalan qanunsuz miqrantları növbəti deportasiyaya qədər yerləşdirmək üçün müvəqqəti saxlanılma mərkəzi yaratmağa çağırıb. Bu barədə "La Vanguardia" qəzeti məlumat verib.
Nəşrin məlumatına görə, Seuta lideri şəhərdə hələ də 8 mindən 11 minə qədər miqrantın qala biləcəyini hesab edir. Vivasın fikrincə, qanunsuz miqrantların ölkədən çıxarılmasına qədər yerləşdirilə biləcəyi və xaricilərin saxlanılması mərkəzi kimi fəaliyyət göstərəcək bir sahə təcili şəkildə hazırlanmalıdır. Şəhər rəhbərinin versiyasına görə, bu, miqrantların əsas ehtiyaclarını ödəməyə və onların Seuta küçələrində qalmasının qarşısını almağa imkan verəcək.
Məryəm Quliyeva