

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Naxçıvan şəhərində yerləşən Möminə Xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə “Atelier Erich Pummer GmbH” Şirkəti arasında imzalanmış müqaviləyə əsasən 5 avqust 2025-ci il tarixdə şirkətin işçi qrupu Naxçıvana gəlib.
Şirkət tərəfindən ilkin olaraq ərazidə müvafiq infrastrukturun qurulması işlərinə başlanılıb. Abidənin tarixiliyi qorunub saxlanılmaqla ilkin formaya uyğun bərpa ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev may ayının 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.