
Zelenski: Ukrayna Avropa Birliyinin bir hissəsi olacaq
7 Avqust 19:52
7 Avqust 19:52
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi elan edib.
AZƏRTAC Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) saytına istinadla xəbər verir ki, müsabiqəyə müraciətlərin qəbulu sentyabrın 1-dən başlayacaq.
Milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və təbliğində, milli və vətənpərvərlik ruhunun formalaşmasında əhəmiyyətli rol oynayan, milli kimliyi bədii təsirli forma və nümunəvi obrazlarla nümayiş etdirən filmlərin istehsalının maliyyələşdirilməsi, habelə kino sənayesinin və müvafiq sahə ilə bağlı olan özəl sektor nümayəndələrinin dəstəklənməsi məqsədilə təşkil olunan müsabiqədə tammetrajlı bədii filmlərin qəbulu həyata keçiriləcəkdir.
Müsabiqə bu mövzuları əhatə edir:
• Məşhur xadim (mədəni, ədəbi, siyasi, idman və s.) haqqında;
• Tarixi Azərbaycan dövləti və ya tarixi hadisə haqqında;
• Azərbaycan nağıl və ya dastanlarının motivləri əsasında;
• Müasir innovasiya hadisələrinin qəhrəmanları haqqında;
• Azərbaycan tarixində iz qoyan qadınlar haqqında;
• Vətən Müharibəsi qəhrəmanlarının timsalında Vətən müharibəsi haqqında;
• Klassik Azərbaycan filmlərinin müasir dövrümüzə uyğunlaşdırılması;
• Qəhrəmanı uşaq olan və uşaqlara xitab edən film;
• Musiqili janrda film;
• Mozalanın 55 illiyinə həsr olunmuş aktual satirik janrda film.
Müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslər Azərbaycan dilində təqdim etdiyi film layihələri ilə iştirak edə bilərlər.
Müsabiqənin reqlamenti ilə ARKA-nın rəsmi internet səhifəsində tanış olmaq mümkündür.