Hakerlər ABŞ HHQ-nin "Cloud One" bulud platformasını sındırıblar
27 Noyabr 16:42
27 Noyabr 16:42
27 Noyabr 14:34
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
25 İyun 09:42
5 964
İyunun 26-da Budapeştdə fəaliyyət göstərən Etnoqrafiya Muzeyində “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisi açılacaq.
Xalça Muzeyinin mətbuat xidmətindən xalqxebhesi.az-a verilən məlunata görə, sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, Etnoqrafiya Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, qlobal .ART domen reyestrinin təşkilatçılığı ilə keçirilir.
Ekspozisiyada XVII–XX əsrlərə aid nadir tarixi xalçalar, eləcə də ənənəvi tekstil nümunələri, milli geyimlər, zərgərlik məmulatları, xalça eskizləri və müasir incəsənət əsərləri nümayiş etdiriləcək. Ziyarətçilər Qarabağ, Şirvan, Bakı və digər tarixi bölgələrin incə nəbati və həndəsi ornamentləri, həmçinin yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilən özünəməxsus xalçaçılıq ənənələri ilə yaxından tanış olacaqlar. Sərgidə Xalq rəssamları Lətif Kərimov və Eldar Mikayılzadənin əsərləri və xalça eskizləri, həmçinin rəssam Çingiz Babayevin müasir bədii axtarışlarını əks etdirən əsəri təqdim olunacaq. Bundan əlavə, multidissiplinar rəssam Mədinənin material, yaddaş və vizual strukturun kəsişməsində formalaşan yaradıcılığına xüsusi yer ayrılacaq.
Sərginin əsas konseptual xətti ənənəvi ornamental dilin müasir bədii ifadə formasına transformasiyasıdır. Burada tarixi xalçalar müasir incəsənət nümunələri və immersiv sərgi dizaynı ilə birlikdə təqdim olunaraq Azərbaycan tekstil ənənələrinin zamanlararası aktuallığını, estetik gücünü və mədəni əhəmiyyətini ön plana çıxarır. Monumental xalçalar, müasir rəngkarlıq əsərləri və rəqəmsal instalyasiyalar keçmişlə bu gün arasında canlı dialoq yaradır.
Azərbaycan xalçaçılıq sənətini əks etdirən nadir eksponatların nümayişi ziyarətçilərdə bu zəngin və mühüm mədəni irsimiz haqqında dolğun və yaddaqalan təəssürat formalaşdıracaq.
Sərgi iyulun 26-dək davam edəcək.
27 Noyabr 20:13
854
27 Noyabr 15:17
854
26 Noyabr 13:15
1 225