"Tasnim": İran nümayəndə heyətinin Cenevrəyə səfəri hələlik dəqiqləşməyib
Azərbaycanla Latviya arasında strateji dialoqun növbəti iclası keçirilib
ABŞ-ın Vitse-prezidenti: İranla saziş üzrə 60 günlük müddət bu gün başlayır
Britaniya səfiri: Azərbaycanla müdafiə sahəsində münasibətlərimiz tarixinin ən güclü dövrünü yaşayır
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft daşınıb, İran heç bir tankerə atəş açmayıb
20 Avqust 2019 16:48
3 724
Avqustun 20-də Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının Baş katibinin müavini Tatyana Fyodorovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Assambleyanın fəaliyyəti, mədəni-humanitar əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələr, görüləcək işlər, eləcə də 30 sentyabr – 4 oktyabr 2019-cu il tarixində ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Baş katibin müavini Tatyana Fyodorova Assambleya günlərinin əhəmiyyətindən söz açaraq, bu çərçivədə müxtəlif sahələr üzrə keçiriləcək görüş, dəyirmi masa, forum və mədəni tədbirlər haqqında məlumat verib. Bildirib ki, tədbirlərdə hökumət və qeyri-hökumət təşkilatları, elm və mədəniyyət xadimləri və jurnalistlərin iştirakı nəzərdə tutulur. Assambleya günlərinin keçirilməsində əsas məqsəd Avrasiya xalqları arasında beynəlxalq mədəni, humanitar və iqtisadi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulmasıdır.
Nazir müavini Rafiq Bayramov ölkəmizdə bu kimi tədbirlərin mütəmadi olaraq keçirildiyini və Mədəniyyət Nazirliyi tərəfindən belə layihələrə daim dəstək göstərildiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, Assambleya günləri çərçivəsində keçiriləcək tədbirlərə də Nazirlik tərəfindən lazımi köməklik göstəriləcək.
Görüş Assambleya ilə gələcəkdə müxtəlif sahələr üzrə birgə əməkdaşlığa dair müzakirələrlə davam edib.
08:08
1 218
17 İyun 23:58
1 372
17 İyun 16:32
1 526