Türk Mədəniyyəti Araşdırmalar Simpoziumu keçiriləcək Mədəniyyət

Türk Mədəniyyəti Araşdırmalar Simpoziumu keçiriləcək

Noyabrın 12-13-ü tarixlərində Türkiyədə "Beynəlxalq Türk Mədəniyyəti Araşdırmalar Simpozium"u keçiriləcək.
Bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, dosent Faiq Ələkbərov deyib ki, "İsmayıl bəy Qaspıralı və "Dildə, işdə, fikirdə birlik" ideyası mövzusu ətrafında keçirilən simpoziumda türkdilli dövlətlər və topluluqlardan olan tanınmış alim və ziyalılar iştirak edəcək. Simpozium Nevşehir Hacı Bektaş Vəli Üniversiteti və Saraybosna Üniversitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.