“Əlavə qaz ixracı mümkünsüzdür” — ekspert
11 Dekabr 23:02
11 Dekabr 23:02
11 Dekabr 22:51
11 Dekabr 22:44
11 Dekabr 22:36
7 Yanvar 14:45
7 483
“Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyanın illər öncə “Yerpaka” terror təşkilatı üzvləri ilə görüşü zamanı söylədiyi fikirlər kifayət qədər geniş müzakirə olunur. Bu, deməyə əsas verir ki, məsələ daxili auditoriyada kifayət qədər maraq toplayıb və geniş müzakirəyə ehtiyac var. Eyni zamanda, hesab edirəm ki, bu məsələ beynəlxalq müstəvidə də müzakirə edilməlidir. Bu günədək Ter-Petrosyan özünü sülh tərəfdarı, kifayət qədər müsbət imici olan şəxs kimi təqdim edib. Bu yayılan video tamamilə ayrı proseslərdən xəbər verir və məlum olur ki, erməni milli ideyasının təşəkkül tapması, millətçiliyin formalaşması, terrorçu birləşmələrin Ermənistan və Qarabağ ərazisindən azərbaycanlıları qovması, azərbaycanlıların say üstünlüyünə rəğmən ermənilərin əsas məqsədinin azərbaycanlılara qarşı terror fəaliyyətinin təşkil olunması və etnik təmizləmə olub”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq əlavə edib ki, bu, faşist və millətçi əhval-ruhiyyəsini özündə əks etdirir: “Digər tərəfdən bu, Azərbaycana və azərbaycanlılara qarşı nifrətin, kin-küdurətin, hiddətin yüksək olduğunu ifadə edən fikirlər, bəyanatlardır. Həmçinin soyqırımçı, etnik təmizləmə ruhunda olan təfəkkürün erməni liderlərinə xas olması da bizə məlumdur. Britaniyalı müxbir Tomas de Vaal Ermənistan Prezidenti Serj Sarkisyandan müsahibə alanda erməni lideri bildirir ki, bizim dinc əhaliyə qarşı bu cür amansız davranacağımızı azərbaycanlılar gözləmirdilər. Biz bu stereotipi qırdıq, dinc insanlara qarşı amansız qətliamlar törətdik. O etirafdan sonra Ter-Petrosyanın da etnik təmizləmə siyasətini həyata keçirməsi ilə bağlı bu, etiraf videosu adlandırıla bilər. Buna görə beynəlxalq cinayət məhkəməsində proses formalaşmalıdır. Azərbaycan diplomatları, beynəlxalq hüquq biliciləri, beynəlxalq çəkişmələrdə təcrübəli olan şəxslər məhz Albert İsakovun yaydığı bu videonu əldə rəhbər tutaraq biz beynəlxalq instansiyalara müraciət ünvanlamalıyıq. Digər tərəfdən bizim Qərbi Azərbaycana qayıdış konsepsiyasının reallaşması üçün də bu kifayət qədər mühüm dəlillər formalaşdırır”.
Röya İsrafilova
11 Dekabr 23:02
525
11 Dekabr 22:51
525
11 Dekabr 22:44
525