Hakerlər ABŞ HHQ-nin "Cloud One" bulud platformasını sındırıblar
27 Noyabr 16:42
27 Noyabr 16:42
27 Noyabr 14:34
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
10 Yanvar 2025 13:19
9 520
“Cənab Prezident İlham Əliyevin müsahibəsi zamanı Ermənistanla münasibətlərə çox ciddi şəkildə toxunuldu və Zəngəzur dəhlizinin açılması vacib məsələ kimi ortaya qoyuldu. Həmçinin vurğulandı ki, Zəngəzur dəhlizi mütləq açılacaq. Ermənistan faşist niyyətinə, Azərbaycana qarşı hər hansı bir hərbi təhdidlərə son qoymalı, özünün yaşayışının, gələcəyinin Azərbaycanla münasibətlərə bağlı olduğunu dərk etməlidir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, Prezident müsahibəsində Ermənistanı dəstəkləyən qüvvələrə də siyasi cavab verdi: “Ermənistana dəstəyin yolverilməzliyi, bu dəstəyin region və dünya üçün təhlükəli olduğu bir daha vurğulandı. Müsahibə zamanı Azərbaycan Prezidentinin bu günlərdə baş vermiş aviaqəza ilə bağlı prinsipial mövqeyini bir daha dəstəkləməsi Azərbaycanın öz hüquqlarını qorumaq iqtidarında olduğunu göstərir. Rusiya tərəfinin məlum hadisəyə görə Azərbaycandan üzr istəməsi Rusiyanın Azərbaycanla müttəfiqlərinə çox həssas yanaşdığının göstəricisi oldu”.
Röya İsrafilova
27 Noyabr 16:42
1 183
27 Noyabr 14:34
1 365
27 Noyabr 14:25
1 344