Hakerlər ABŞ HHQ-nin "Cloud One" bulud platformasını sındırıblar
27 Noyabr 16:42
27 Noyabr 16:42
27 Noyabr 14:34
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
22 Yanvar 2025 18:09
15 729
Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin təşəbbüsü ilə həmin komitənin sədri Zahid Oruc, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının yeni tədris binasında olublar.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası mətbuat xidmətinin yaydığı məlumata görə, millət vəkilləri yeni tədris binasında yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, imtahanların keçirilməsi zamanı şəffaflığın təmin olunması üçün beynəlxalq standartlara cavab verən imtahan otağı, elektron kitabxana, ən müasir avadanlıqlarla təmin olunmuş kriminalistika otağı, kursantların biliklərinin təcrübədə tətbiqi üçün məhkəmə zalı, müasir üslubda tikilmiş yeni yataqxanalar, atış tiri, idman zalları və yeməkxana ilə tanış olublar.
Akademiyanın rəisi, polis general-mayoru Daanov Canpolad və rəisin birinci müavini, polis polkovniki Vüqar Mansurov Akademiyada tədris prosesinin təşkili, məktəblilərin Polis Akademiyasına cəlb olunmasında DİN-in rolu, Polis Akademiyası kursantlarının hüquq olimpiadalarında son illər daim birinci yeri tutması, Akademiyanın beynəlxalq əlaqələri, ingilis dilinin tədrisi, COP-29 konfransı zamanı ingilis dilini yüksək səviyyədə mənimsəmiş 400-ə yaxın kursantın könüllü kimi tədbirlərdə fəal iştirakı və digər məsələlər barədə deputatlara məlumat veriblər. Deputatlar dərs prosesi ilə tanış olub və kursantların atış bacarıqlarını müşahidə ediblər. Yaradılmış şəraitdən yaxşı mənada heyrətləndiklərini gizlətməyən millət vəkilləri dünyanın bir çox aparıcı ölkələrində kursantlar üçün belə bir şəraitin yaradılmadığını qeyd edib, ünsiyyətdə olduqları kursantlara və Akademiyanın rəhbərliyinə uğurlar arzulayıblar.
27 Noyabr 16:42
1 036
27 Noyabr 14:34
1 253
27 Noyabr 14:25
1 239





