

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Vaşinqton zəfəri Azərbaycan diplomatiyası üçün yeni mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə reallaşan səfəri həm ikitərəfli münasibətlər, həm də regional sülh gündəliyi baxımından tarixi əhəmiyyət daşıyır. Trampın “ilk hara səfər edim?” sualına Əliyevin “hər iki ölkəyə” cavabı Zəngəzur dəhlizinin gələcək yol xəritəsini simvolik şəkildə ifadə etdi. Bu ideya Zəngilandan Naxçıvana keçid marşrutunun ilk yolçusu olma niyyəti ilə tamamlandı”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli söyləyib.
O bildirib ki, Prezidentin Vaşinqtonda vurğuladığı əsas mesajlar Azərbaycanın strateji tərəfdaşlıq niyyətini açıq şəkildə ortaya qoydu: dünyanın ən güclü dövləti ABŞ-dir, ən böyük paytaxt Vaşinqtondur və Qafqaza barışı gətirən məhz Donald Trampdır: “Bu yanaşma Bayden-Blinken administrasiyasının təzyiq siyasətinə cavab olmaqla yanaşı, iki ölkə arasında yeni əməkdaşlıq dövrünün də başlanğıcıdır. Vaşinqtonda əldə edilən razılaşmalar tarixi xarakter daşıyır. Azərbaycan və Ermənistan sülh müqaviləsini paraflayaraq 100 ildən sonra ilk belə sənədə imza atmağa hazırlaşır. Minsk Qrupunun rəsmən ləğvi üçün edilən birgə müraciət isə “Dağlıq Qarabağ” münaqişəsinin beynəlxalq gündəmdən silinməsi deməkdir. Zəngəzur dəhlizinin açılması və ABŞ idarəçiliyinə verilməsi ilə Ermənistanın illərlə yubartdığı layihə gerçəkləşir, Azərbaycanın maneəsiz gediş-gəliş tələbi reallaşır”.
Ə.Əlibəylinin sözlərinə görə, bu razılaşma yalnız sülh sənədi deyil, həm də müasir dünya nizamının regiondakı ilk diplomatik nümunəsidir: “2020-ci ildən sonra Azərbaycanı təcrid etmək istəyən dairələr özləri təcrid oldu, İran və Rusiyanın Qafqazdakı strateji məğlubiyyəti rəsmiləşdi. İlham Əliyev həm müharibədə, həm diplomatiyada qalib gələrək bir tarixi bitirdi və yeni bir tarixi başlatdı”.
Röya İsrafilova