ABŞ Türkiyədən "S-400" sistemlərinin istismarından imtina etməsini xahiş edə bilər
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib - SƏRƏNCAM
İran: "ABŞ quru əməliyyatına başlayarsa, onun üçün əsl cəhənnəm hazırlayacağıq"
Starmer: Ankara Zirvəsi NATO üçün son dərəcə mühüm əhəmiyyət daşıyır
9 Sentyabr 2025 08:46
3 591
“İsrail HƏMAS-ın tamamilə məhvini reallaşdırıb Yaxın Şərqdəki prosesləri öz nəzarəti altına keçirməyi hədəfləyir. HƏMAS tamamilə sıradan çıxsa, bu, İranla bərabər, Türkiyə üçün də strateji çətinliklər yarada bilər”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov söyləyib.
A.Kərimov əlavə edib ki, ancaq HƏMAS Türkiyə üçün son nəticə deyil və dərin dövlətçilik tarixi olan Türkiyə hər an üçün çevik strategiya hazırlamaq gücündədir: “Görünür ki, Türkiyənin HƏMAS-a dəstəyi onun Suriyadan sonrakı proseslərin məntiqi davamını Fələstində tamamlamağı üçün məqsəddir. Bu isə İsraillə Türkiyəni toqquşduran məqamdır. İran onsuz da Yaxın Şərqdə zəif bənddir, üstəlik Livan hakimiyyətinin Hizbullahı tərksilah etmək planını təsdiqləməsi ilə İran daha da zəif vəziyyətə düşür. İranın proseslərdən uzaqlaşması ilə yaranan strateji boşluqları Türkiyə doldurur”.
Röya İsrafilova