“Sanksiyalar Rusiyanı daha da aqressivləşdirə bilər”
20 Noyabr 22:57
20 Noyabr 22:57
20 Noyabr 22:41
20 Noyabr 22:29
20 Noyabr 15:52
20 Noyabr 22:41
490
"Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı tutacağı mövqe əsasən Kremlin indiyə qədər nümayiş etdirdiyi siyasətindən asılıdır".
Bunu Politoloq Elçin Xalidbəyli Xalqcebhesi.az-a açıqlamasında söyləyib.
Onun fikirlərinə görə, əgər Kremlin aqressiv mövqeyi dəyişərək sülh danışıqlarına realist və beynəlxalq hüquq normaları çərçivəsində yanaşması baş versə, ABŞ da Rusiyaya qarşı daha yumşaq addımlar ata bilər:
“Elə bir situasiya var ki, əgər Kremlin indiki aqressiv mövqeyini davam etdirməsi halında sərt və dağıdıcı sanksiyaların tətbiqi qaçılmazdır. Hətta bununla bağlı sənəd artıq Konqresdə hazırlanmaqdadır. Kremlin qarşısında indi seçim dayanır və Rusiyanın ABŞ-ın həm Rusiyaya, həm də onun ticarət partnyorlarına tətbiq edəcəyi sanksiyaların dağıdıcı təsirlərini nəzərə alması vacibdir. Əks halda bu, Rusiya iqtisadiyyatının böhrana düşməsinə, maliyyə deportunun yaranmasına səbəb ola bilər. ABŞ və Avropa Birliyinin Rusiyanın şirkətləri və neft sektoru üzərində tətbiq etdiyi sanksiyalar nəticəsində qiymətlər düşüb, Rusiyanın maliyyə itkisi artıb. Bu da Ukraynadakı hərbi əməliyyatların maliyyələşdirilməsində ciddi çətinliklər yaradır”.
Politoloq vurğulayıb ki, əgər Rusiya aqressiv mövqeyindən geri çəkilməzsə, daha sərt sanksiyalarla üzləşə və ölkə daxilində dərin iqtisadi-siyasi böhranla qarşılaşa bilər:
“Bu, sosial etirazların və inqilabi vəziyyətin yaranmasına yol aça bilər. Hazırkı vəziyyətdə ABŞ-ın Rusiyaya qarşı daha sərt addımlar atmaq niyyətini gizlətmədiyi aydındır və Kremlin buna uyğun siyasət aparması zəruridir”.
Günel Elxan
20 Noyabr 22:57
434
20 Noyabr 22:29
504
20 Noyabr 15:52
973