21:34
518
Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün ABŞ-ın yeni planına Rusiyaya qarşı sanksiyaların ləğvi daxildir.
Bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat verib.
Məlumata görə, Vaşinqtonun təklifinə Rusiya əleyhinə məhdudiyyətlərin ləğvi, eləcə də Kiyevdən ərazi güzəştlərinin tələb edilməsi və Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması daxildir.
“Bloomberg“ həmçinin xəbər verir ki, Zelenski ABŞ-dan razılaşmanı qəbul etməsi lazım olduğuna dair siqnallar alıb.