22:21
441
Azərbaycan Avropanın enerji təhlükəsizliyində strateji rolunu daha da möhkəmləndirir. Hazırda Azərbaycan 14 ölkəyə mavi qaz nəql edir və dövlət başçısının son səfərlərində də vurğulandığı kimi, ölkə həm qonşu regionlara, həm də Avropaya qaz tədarükünü artırmaq niyyətindədir.
Bu sözləri deputat Vüqar Bayramov XalqCebhesi.az-a açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Macarıstanla imzalanmış yeni enerji əməkdaşlığı sazişi Azərbaycanın Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu genişləndirir: “Mövcud razılaşmalar çərçivəsində birinci mərhələdə Avropaya 20 milyard kubmetr qazın nəqli hədəflənir, ümumilikdə isə dəniz marşrutu vasitəsilə 31,5 milyard kubmetrədək qazın ixracı planlaşdırılır. Yunanıstan–Bolqarıstan interkonnektoru və digər regional qaz bağlantılarının istifadəyə verilməsi Azərbaycanın Mərkəzi və Şərqi Avropanın enerji xəritəsində xüsusi yerini daha da gücləndirib.Yeni saziş Azərbaycanın bölgədə mövqelərini daha da möhkəmləndirəcək, Avropanın enerji təhlükəsizliyinə dəstəyini artıracaq və ölkəmizin siyasi çəkisini yüksəldəcək”.
Günel Elxan