22:36
420
“Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq məsələsinin yenidən gündəmə gətirilməsini şərh edib. O xatırladıb ki, Nikol Paşinyan hələ müxalifətdə olduğu dövrdə bu məsələni parlamentin gündəliyinə daxil etməyə nail olmuşdu, lakin təklif kifayət qədər dəstək almadığı üçün sonradan gündəlikdən çıxarılmışdı”.
Bunu politoloq Sədrəddin Soltan XalqCebhesi.az-a açıqlamasında deyib.
O bildirib ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Aİİ ilə əlaqələrin gücləndirilməsi ilə bağlı açıqlamalar versə də, eyni zamanda KTMT-nin fəaliyyətini tənqid edir, təşkilatın iclaslarında iştirak etmir və bu qurumdan uzaqlaşmağa çalışır: “Bununla yanaşı, Ermənistan Aİİ-nin tədbirlərinə davamlı olaraq qatılır. Politoloq bunu Ermənistanın ittifaqa üzv ölkələrlə iqtisadi və ticarət əlaqələrini qorumaq zərurəti ilə izah edir. Paşinyanın son açıqlaması — “Avropa İttifaqına üzvlük Aİİ-dən çıxmaq demək deyil” — İrəvanın paralel siyasət yürütmək niyyətindən xəbər verir. Ermənistan hazırda həm Avropa İttifaqı, həm də Avrasiya məkanında əlaqələri qorumağa çalışır.Ermənistanın bu addımlarının regionda ciddi siyasi təsir yaratması gözlənilmir. Ermənistanın geosiyasi, geoiqtisadi və hərbi nüfuzu kifayət qədər zəifdir. Ona görə də bu ölkənin hər hansı təşkilata üzv olması və yaxud ondan çıxması regionun güc balansını dəyişdirmək iqtidarında deyil”.
Politoloq qeyd edib ki, Ermənistanın paralel şəkildə həm Avropa İttifaqına inteqrasiya mesajları verməsi, həm də Aİİ ilə əlaqələri davam etdirməsi daha çox Rusiyanı neytrallaşdırmaq cəhdidir: “Bu proses ümumi regional sabitliyə ciddi təsir göstərməsə də, beynəlxalq güclərin Azərbaycan, Gürcüstan və Ermənistana münasibətində müəyyən situativ fərqliliklər yarada bilər”.
Günel Elxan