"Müharibənin Qara dənizə yayılması Ukraynaya sərf edir" Gündəm

"Müharibənin Qara dənizə yayılması Ukraynaya sərf edir"

Qara dənizdə Ukraynanın Rusiyanın kölgə donanmasına qarşı dron hücumları Türkiyənin etirazlarına baxmayaraq davam edir. Ukrayna neft və müxtəlif məhsullar daşıyan Rusiyanın gizli donanmasını sıradan çıxararaq Qara dənizdə müharibə durumu yaradır.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, Ukrayna maksimum dərəcədə Rusiyaya ziyan vurmağa çalışır. Rusiya isə bunun qarşısını almaqda acizdir. Türkiyənin Qara dənizdə iqtisadi bölgəsi hesab edilən sularında Ukraynanın bu fəaliyyətini görünən odur ki, əlaqələndirən maraqlı güclər vardır. Rusiyanın təhdidlərinə baxmayaraq Ukraynanın Qara dənizdə Türkiyəni də qarşısına alaraq gəmilərə hücumları Rusiyanın Qara dəniz donanması kimi bu gəmilərini də fəaliyyətsiz buraxmaq üçündür. Türkiyənin narazı salınması isə Avropadakı müəyyən dairələrin Türkiyəni Ukraynadan uzaqlaşdırmaq, Ərdoğanın sülh üçün addımlarının boşa çıxarılması və bununla da müharibənin dayandırılması üçün fəaliyyətləri heçə endirilməsi cəhdidir:

"Amma hər halda Ukrayna buna bilərək və məqsədli şəkildə gedir. Müharibənin Qara dənizə yayılması Ukraynaya sərf edir. Bu zaman Avropanın Qara dəniz sərhəd ölkələri, eyni zamanda, dənizə çıxışı olmayan Macarıstan belə çətin duruma düşür, hansı ki, Ukraynaya da bu lazımdır. Hazırda Rusiya qazı Bolqarıstandan keçən “Türk axını” kəməri ilə Macarıstana və Slovakiyaya çatdırılır. Əgər Bolqarıstan tranziti dayandırsa, bu ölkələr həmin marşrutla qaz ala bilməyəcəklər".

Cavid