"Rusiya-Ukrayna müharibəsinin həllinə Tramp mane olur” Gündəm

"Rusiya-Ukrayna müharibəsinin həllinə Tramp mane olur”

Artıq dörd ilə yaxındır ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Əgər müharibənin ilk aylarında Türkiyənin təklif etdiyi “İstanbul masası”nda tərəflər nə qədər sülhə yaxın idilərsə bu gün iddia edilənlərin əksinə bir o, qədər uzaqdırlar. Əvvəla ötən müddət ərzində hər iki tərəfdən insan itkiləri, infrastruktur dağıntıları, ərazi itkiləri və s. vəziyyəti daha da, çıxılması çətin labirintə salıb.

Belə olan təqdirdə danışıqların müsbət nəticəsi haqqında düşünmək nə qədər realdır?, - sualı ilə politoloq Bakir Həsənbəyliyə müraciət etdik.

Politoloq bildirdi ki, hər iki ölkə artıq müharibə yorğunluğu mərhələsindədir. Bu amil münaqişələrin dayandırılmasında həlledici amillərdəndir. Bundan əlavə hər iki tərfdə insan və hərbi resurs problemləri də var. Rusiya etiraf etməsə belə bu onda daha qabarıq şəkildə özünü göstərir. Belə oln təqdirdə müharibənin uzanmasının heç bir anlamı qalmır. Lakin münaqişənin bu günə qədər uzanmasında Putinin hikkəsi də əhəmiyyətli rol oynayır.

Bu hikkənin maksimalist pilləyə qalxmasındaisə nə qədər qəribə səslənsə də, ABŞ prezidentinin xüsusi rolu var. Tramp Rusiya-Ukrayna müharibəsinin həllinə mane olur. Sual oluna bilər ki, buna səbəb nədir? Trampın hər işdən xeyir götürmək istəyi sülhü tormozlayan amildir. Bu adam hakimiyyətə gəldiyi ilk gündən bu siyasətini yürütməyə çalışır.

Bir müddət öncə Ukraynanın mineral torpaq elementlərinin birgə istifadəsi ilə bağlı sazişə məcbur etməsidə bu siyasətin tərkib hissəsi idi. Bu gün də eyni siyasət yürüdülür. Tramp ölkəsinin trilyonlarla olan dövlət borcunu bu cür münaqişələrin həlli ilə qaparmağı hədəfləyib.

Bu isə döyüşən tərəflər üçün sülh yaratmır. Çünki bəzən münaqişə tərəflərinin istəkləri ilə ABŞ prezidentinin istəkləri tərs mütənasib olur. Bu Rusiya-Ukrayna müharibəsindəki sülhyaratma prosesində də belədir. Təsadüfi deyil ki, Tramp bu görüşlərdə kürəkinin iştirakının təmin olunması üçün hər cür varinatlardan istifadə edir.

Bu vəziyyət həm də ailə biznesi üçün əlavə imkanların əldə edilməsinə işarədir. Çox təəssüf ki, Trampın hakimiyyətə gəlişi öncəsi “mən sülh prezidentiyəm” iddiası artıq tarixə çevrilir.

Cavid