ÜST: Hindistanda Nipah virusunun yayılma riski azdır, səyahət qadağalarına ehtiyac yoxdur
Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Karvan-Yevlax"ı məğlub etdi
Ümumdünya İrs Siyahısına daxil edilmiş nümunələri əks etdirən gümüş xatirə sikkələri hazırlanacaq
2026-cı il Gənclər üçün Prezident mükafatları verilib - SİYAHI
15:29
994
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ölkəsi İranla bağlı problemlərin hərbi yolla həllinə qarşıdır və Vaşinqtonla Tehranın danışıqlar masasına əyləşməsinə çağırır.
Xalqcebhesi.az xəbər verir ki, nazir bu açıqlamanı İstanbulda İranın xarici işlər naziri Abbas Arakçi ilə birgə keçirdiyi mətbuat konfransında verib.
O qeyd edib ki, danışıqlar həm də İrana qarşı sanksiyaların ləğvi və ölkənin qlobal iqtisadi sistemə inteqrasiyası üçün yol aça bilər: “Bu addımlar bütün tərəflərə ciddi faydalar gətirəcək. Bu mərhələdə münasibətlər yeni bir razılaşma əsasında normallaşmalıdır”.
Fidan vurğulayıb ki, Türkiyə dəfələrlə tərəfdaşlarına İrana hərbi müdaxiləyə qarşı olduğunu bildirib və bu mövqeyini yenidən təsdiqləyir: “Problemlərin həlli üçün hərbi variantların fayda gətirəcəyinə inanmırıq. Biz danışıqların və diplomatiyanın tərəfdarıyıq”.
Məryəm Quliyeva