
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində Azərbaycan və Vyetnam arasında münasibətlərə nəzərə salaraq təxminən yetmişillik dövrə söykənən əlaqələrin dostluq kökləri üzərində inkişaf etdiyini bildirib.
Bu münasibətlərin təməli 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfəriilə qoyulub. 1983-cü ildə isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə böyük nümayəndə heyətinin Vyetnama səkkiz günlük səfəri əlamətdar tarixi hadisə kimi yaddaşlarda qalıb.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ikitərəfli münasibətlər keyfiyyətcə yeni dövrə daxil olub.
Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama gerçəkləşən ilk dövlət səfəri və ardınca 2015-ci ilin mayında Vyetnam Prezidenti Çıonq Tan Şanq Azərbaycana səfər etməsi əlaqələrin çoxistiqamətli inkişafı üçün möhkəm təməllər yaradıb.
Ötən il Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə dövlətlərarası münasibətlərdə yeni səhifə açıb. Tərəflər arasında Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin çox istiqamətli gündəliyini müəyyənedən mühüm sənəd hesab edilir.
Azərbaycan-Vyetnam münasibətlərinin möhkəmlənməsində dövlət başçıları arasında sıx siyasi təmaslarla yanaşı, Hökumətlərarası komissiyanın, müvafiq dövlət qurumlarının, parlamentlərarası dostluq qruplarının da mühüm rolu vardır. Hər iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyasıvə Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıqda siyasi dialoqun güclənməsində müstəsna əhəmiyyət daşıyır.
Azərbaycan ilə Vyetnam qlobal müstəvidə bir-birinin maraqlarının müdafiəsinə böyük əhəmiyyət verir, beynəlxalq platformalarda, xüsusilə də BMT, Qoşulmama Hərəkatı, AQEM və digər təşkilatlar çərçivəsində sıx qarşılıqlı əlaqəni inkişaf etdirirlər.
Coğrafi baxımdan uzaq bölgələrdə yerləşmələrinə baxmayaraq, iki dost dövlət arasında iqtisadi-ticari əlaqələrin inkişafında da müsbət dinamikalar mövcuddur, SOCAR ilə Vyetnam Milli Neft və Qaz Şirkəti arasında ötənil imzalanmış Anlaşma Memorandumu enerji sektorunda birgə fəaliyyətə imkan yaradır.
Bərpa olunan enerji, logistika, nəqliyyat və yükdaşımalar sahəsində də əməkdaşlıq üçün geniş fürsətlər mövcuddur. Orta Dəhliz Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün beynəlxalq nəqliyyat korridoru kimi mühüm əhəmiyyətə malikdir.
İki ölkə arasında humanitar, təhsil və mədəni əlaqələr dədostluğun möhkəmlənməsində körpü rolunu oynayır. Bu prosesdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr müstəsna önəm daşıyır.
Bir sözlə, Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoq vəiqtisadi-humanitar əlaqələr bərabər hüquqluluq və qarşılıqlı maraqlar nəzərə alınmaqla dayanıqlı şəkildə dərinləşir.
Ramid Namazov
Milli Məclisin deputatı