Almaniya kansleri Fridrix Merz İrana çağırış edib
13 Oktyabr 15:57
13 Oktyabr 15:57
Bild: Almaniyada əmək nazirinin istefası hakim koalisiyada fikir ayrılıqlarını dərinləşdirib
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
FSB Saxalində yapon jurnalisti casusluqda şübhəli bilərək saxlayıb
5 Fevral 10:27
2 870
İran tərəfinin danışıqları Türkiyədə deyil, Omanda keçirməyi xahiş etməsinin səbəbi kimi danışıqların yalnız ABŞ ilə ikitərəfli formatda keçirilməsini, görüşdə ərəb və müsəlman ölkələrinin müşahidəçi kimi iştirakını istəməməsi göstərilib.
Bunu xalqcebhesi.az-a politoloq Bakir Həsənbəyli deyib.
O, qeyd edib ki, İran ilə Oman arasında çox yaxşı münasibətlər var. İranın Omanda təsir imkanları daha genişdir. İranın ABŞ ilə danışıqların Omanda aparılmasını istəməsi məhz bundan qaynaqlanır:
"O ki qaldı Türkiyəyə, Türkiyə və İran arasında regionda müəyyən rəqabət gedir. Bu baxımdan Tehran ABŞ rəsmiləri ilə gözlənilən danışıqların Türkiyədə yox, ancaq Omanda keçirilməsində maraqlıdır.
Dialoq birbaşa İran ilə ABŞ arasında aparılırsa, o zaman burada Türkiyənin olmasının o qədər önəmi yoxdur. Yox, əgər danışıqlar masasına Türkiyə də vasitəçi kimi qoşulacaqsa, onda bəlli, danışıqlara Ankaranın da ev sahibliyi etməsinə ehtiyac yaranacaq.
Türkiyənin regional proseslərdəki oyundan kənarlaşdırılmasına gəlincə, bu, inandırıcı deyil və qeyri-real görünür. Türkiyənin Yaxın Şərq regionunda nə dərəcədə siyasi nüfuza və çəkiyə malik olduğunu hər kəs yaxşı bilir. Ümumiyyətlə, Türkiyəni regional proseslərdən kənarlaşdırmaq qeyri-mümkündür. Ona görə ki, Türkiyə Yaxın Şərqdə aparıcı güc mərkəzlərdən biridir".
Cavid
13 Oktyabr 15:57
1 190
13 Oktyabr 15:03
1 169
13 Oktyabr 13:48
1 085