KİV-lər Maduro məhkəməsinin təxirə salındığı bildirilir Gündəm

KİV-lər Maduro məhkəməsinin təxirə salındığı bildirilir

Venesuela prezidenti Nikolas Maduro ilə bağlı iş üzrə ikinci məhkəmə iclası 26 mart tarixinə keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Univision Noticias" telekanalı məlumat yayıb.

“Məhkəmənin ikinci iclası 26 mart 2026-cı ildə Nyu-York federal məhkəməsində keçiriləcək”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, iclas əvvəllər 17 mart tarixinə planlaşdırılmışdı. Müdafiə tərəfinin müraciətindən sonra tarix dəyişdirilib, çünki ittiham tərəfi planlaşdırma və logistika ilə bağlı problemlərin olduğunu göstərib. Nəticədə hər iki tərəf iclasın təxirə salınmasına razılaşıb.

Məryəm Quliyeva