Euractiv: Türkiyə "S-400"ləri "üçüncü ölkəyə" təhvil versə, ABŞ ona "F-35" sata bilər
ƏƏSMN: İslahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan olmasına imkan yaradıb
BDU “Birinci Türkoloji Qurultayın dərsləri” adlı dərs vəsaiti nəşr edib
Ankarada qlobal halal bazarında Azərbaycanın dayanıqlı kənd təsərrüfatı imkanları təqdim edilib
14:39
924
ABŞ və İran arasında gedən qeyri-birbaşa danışıqların tərəfləri İranın 6 milyard dollar məbləğindəki aktivlərinin dondurulmasının açılması məsələsində hələlik heç bir tərəqqiyə nail olmayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bəyan edib.
"Vəsaitlərin köçürülməsi məsələsi tərəflərin razılığından və danışıqların gedişatından asılıdır, bu isə təbii ki, hələlik baş verməyib", - deyə o, brifinqdə bildirib.
Diplomat xatırladıb ki, söhbət İran və ABŞ arasında 2023-cü ildə əldə olunmuş razılaşma çərçivəsində humanitar məqsədlər üçün istifadə edilməli olan vəsaitlərdən gedir. "Qətər bu vəsaitlərin sahibi deyil, o, sadəcə olaraq həmin vəsaitlərin idarə olunması üçün maliyyə vasitəçisi rolunu yerinə yetirir", - deyə əl-Ənsari aydınlıq gətirib.
Məryəm Quliyeva