Tanker Trackers: İran tankerləri ABŞ blokadasını yarmağa davam edir Gündəm

Tanker Trackers: İran tankerləri ABŞ blokadasını yarmağa davam edir

"Tanker Trackers" dəniz analitik qrupunun məlumatına görə, ABŞ-ın sanksiyaları altında olan boş tankerlər İranla əlaqəli gəmiçilik marşrutlarına daxil olmağa davam edir.

Xalqcebhesi.az-ın xəbərinə görə, qrup "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, VINA/VALLEY (IMO 9157478) olaraq eyniləşdirilən və mütəmadi olaraq İrandan Yəmənə mayeləşdirilmiş neft qazının (LPG) daşınmasında iştirak etdiyi bildirilən tanker, AİS (avtomatik identifikasiya sistemi) siqnallarını ötürərək "blokada perimetri" adlandırılan əraziyə daxil olub.

Həmçinin daha bir iri İran neft tankerinin yüksüz (boş) gəldiyi barədə məlumat verilir. Analitiklər əlavə ediblər ki, gəmilərin bu cür hərəkətləri "Tehrana əlavə vaxt qazandırır".

Məryəm Quliyeva