13:42
1 029
İran rəsmiləri Fars körfəzi zonasındakı münaqişənin nizamlanmasına dair ABŞ-ın şərtlərini qiymətləndirmək və öyrənmək üçün pakistanlı vasitəçilərdən əlavə vaxt istəyiblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı Pakistan mənşəli mənbəyə istinadən məlumat yayıb.
"İran rəsmiləri ABŞ-ın şərtlərini qiymətləndirmək və öyrənmək üçün Pakistandan vaxt istəyiblər", — deyə telekanalın həmsöhbəti iddia edib. Onun məlumatına görə, hazırda İranda olan "zənginləşdirilmiş uran Tehran və Vaşinqton arasındakı qeyri-birbaşa danışıqlarda əsas maneədir".
Məryəm Quliyeva