10:22
623
Brüsseldə Avropa İttifaqına yeni qoşulan ölkələrin müəyyən müddət ərzində İttifaqın qərarlarını veto etmək hüququnun məhdudlaşdırılması ideyası ciddi müzakirə olunur. Bu məsələ xüsusilə Macarıstanın son illərdə Aİ qərarlarını bloklamasından sonra aktuallaşıb. Müzakirələr Ukrayna, Moldova və Qərbi Balkan ölkələrinin üzvlük perspektivlərinə də birbaşa təsir edir.
Mövzu ilə bağlı politoloq Turan Rzayev bildirib ki, Avropa İttifaqı faktiki olaraq sərhədlərini tam olaraq nəzərdə tutulan sərhəd boyunca genişləndirməyi bacarıb: “Yəni buradakı ölkələr hazırda Mərkəzi Avropa ölkələrdir və Sovet İttifaqının süqutundan sonra Şərqi Avropa ölkələri idi ki, bu ölkələr də Avropa İttifaqının üzvləridir. Əslində, qeyd olunduğu kimi, hazırda Ukrayna, Moldova, Balkan ölkələri, hətta və hətta Gürcüstanı da əlavə etsək, təbii olaraq bu ölkələr postsovet ölkələri sayılırlar və Rusiya ilə yaxınlığı ilə seçilən ölkələrdir. Avropa İttifaqı bu qərarı verərək gələcəkdə Avropa İttifaqına daxil olacaq bu ölkələrdə rus qüvvələrinin yenidən hakimiyyətə gəlməsi və bundan da doğacaq nəticə kimi Rusiya əleyhinə verəcək qərarların veto ediləcəyi düşünülür. Yəni əslində məntiqli bir yanaşmadır, amma əlbəttə ki, birmənalı da qəbul edilməyəcək. Çünki Avropa İttifaqı belə bir qaydanı bu günə qədər tətbiq etməyib. Amma məhz indi tətbiq etməsi istənilən halda üzvlərin özü ilə bağlı problem yaradacaq. Ən azından çox rahat şəkildə Avropa İttifaqı daxilində etimadsızlıq yaranacaq. Yəni bir növ bizə ikinci sinif üzv kimi baxırsınız düşünücəsİ formalaşacaq”.
Politoloq amma burada qeyri-adi heç nə görmədiyini vurğulayıb: “Mənə görə kifayət qədər məntiqli bir adımdır. Çünki təcrübə göstərir ki, Ukraynada Qərb və Rusiyanın hakimiyyət dəyişiklikləri yaxın tarixdə baş verib. Bu, Gürcüstanda da olub. Moldovanın özündə isə hələ də İqor Dodon kimi bir problem qalmaqdadır və həmin Moldovadır ki, bu gün Rumıniya ilə birləşmək qərarı alır. Yəni bütün bunlar hamısı eyni məntiqə sığır və deyə bilərik ki, bu qərar qabaqlayıcı və tədbir məqsədlidir, qeyri-adi bir şey yoxdur. Ancaq yeni bir üzv olmaq istəyən ölkələrin təşviqinə, eyni zamanda, onların etimadına müəyyən qədər zərər dəymiş ola bilər”.
Röya İsrafilova