İran ABŞ-dan dondurulmuş aktivlərinin yarısının dərhal qaytarılmasını tələb edir
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir
İran XİN: Hörmüz boğazında göstərilən xidmətlərə görə ödəniş alınacaq
İran XİN: ABŞ ilə sazişin yekun variantı üzərində işlər davam edir
Şahdəniz sazişinin 30 ili tamam olur: yataqdan indiyədək 271 mlrd. kubmetr qaz hasil edilib
14:28
1 162![]()
ABŞ Prezidenti Donald Trampın İranla müharibəsi səbəbindən ölkədəki neft ehtiyatları son iki onilliyin ən aşağı səviyyəsinə qədər azalıb. Tramp administrasiyası qiymətlərin artmasının qarşısını almaq üçün ehtiyatları boşaldır, ixracatçılar isə Yaxın Şərqdən tədarükün azalması fonunda qazanc əldə edirlər.
Xalqcebhesi.az xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, ötən həftə ərzində ümumi ehtiyatlar 10,6 milyon barrel azalaraq 1,57 milyarda düşüb. Bu, 2004-cü ildən bəri ən aşağı göstəricidir.
Bu azalmaya üç amil səbəb olub: xam neftin irimiqyaslı çıxarılması, Avropa və Asiyaya ixrac tədarükünün artması, həmçinin ABŞ-ın Strateji Neft Rezervindən yükləmələrin davam etməsi.
Böhran fonunda Amerika Birləşmiş Ştatları Yaxın Şərqdən itirilmiş həcmləri əvəzləyərək əsas enerji daşıyıcısı tədarükçüsü kimi daha fəal çıxış edir. Lakin analitiklər xəbərdarlıq edirlər ki, bu dözümlülük ehtiyatı sonsuz deyil.
Əgər Hürmüz boğazı tankerlər üçün bağlı qalmağa davam edərsə, neft qiymətləri kəskin şəkildə yüksələ bilər.
Məryəm Quliyeva