Rubio: ABŞ tezliklə Ukraynaya hərbi yardım göndərəcək Dünya

Rubio: ABŞ tezliklə Ukraynaya hərbi yardım göndərəcək

ABŞ, ABŞ Konqresi tərəfindən daha əvvəl təsdiqlənmiş 400 milyon dollarlıq paket çərçivəsində tezliklə Ukraynaya hərbi yardım ötürməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio məlumat verib.

O, Konqresin Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə "Düşünürəm ki, kifayət qədər tezliklə bu barədə xəbərlər görəcəksiniz", — deyə bəyan edib. Rubio həmçinin qeyd edib: "Mən, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi kimi bu məsələnin qurumlararası razılaşdırılmasını görmüşəm. Və zənnimcə, olduqca tez bir zamanda bu mövzuda xəbərlərin şahidi olacaqsınız". Amerika diplomatiyasının rəhbəri əlavə edib ki, "bu məsələni həll etmək və Kiyevə yeni silahlar çatdırmaq cəhdində bir təcililik var".

Məryəm Quliyeva