Qətər əmiri Trampla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib Dünya

Qətər əmiri Trampla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətər hökumətinin rəsmi mətbuat xidməti məlumat yayıb.

Zəng zamanı baş verən siyasi proseslər və təhlükəsizlik vəziyyəti işığında Yaxın Şərq regionundakı son hadisələr, həmçinin gərginliyin azaldılmasına və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş regional və beynəlxalq səylər nəzərdən keçirilib.

Qətər əmiri söhbət zamanı siyasi və diplomatik həll yollarına, eləcə də bütün tərəflər arasında dialoqa üstünlük verilməsinin vacibliyini vurğulayıb ki, bu da regional təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə kömək edir, regionda gərginliyin və eskalasiyanın daha da artmasının qarşısını almağa imkan verir.

Söhbət əsnasında, həmçinin dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsinə, strateji boğazların toxunulmazlığına, habelə qlobal tədarük zəncirlərinin və enerji daşıyıcıları axınının fasiləsizliyinə xüsusi diqqət yetirilməklə, cari məsələlərin həlli üçün dialoq yollarının davam etdirilməsinin vacibliyinə toxunulub.

Məryəm Quliyeva