13 İyun 10:19
Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə səfər edəcək
Asiya fond bazarları ABŞ-İran razılaşması gözləntiləri fonunda yüksəlib
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
4 İyun 12:06
1 806
“Artıq Qarabağ azad olunub, tikinti, quruculuq, abadlıq, məskunlaşma işləri orada sürətlə gedir. Minlərlə insan öz yurd-yuvasına qayıdıb, qayıtmaqdadır. Əvvəllər hər şey yeni qurulurdu deyə insanlara sosial dəstək layihələri həyata keçirilirdi. Təbii ki, yeni gəliblər, yer-yurd dağılıb, yenidən bərpa olunur və s. amma indi artıq növbəti mərhələyə keçid olmalıdır. Daimi iş yeri ilə təmin olunma, insanların orada məskunlaşmasının daimi olması üçün digər təminat məsələləri, iqtisadi-sosial məsələlər ön planda dayanır”.
Bunu xalqcebhesi.az-a "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib.
Siyasi şərhçi vurğulayıb ki, dövlət artıq bu istiqamətə də köklənib: “Hesab edirəm ki, bu istiqamətdə atılan addımlar quruculuq, abadlıq işləri qədər önəmlidir. Çünki qururuq, tikirik, ancaq orada insanları məskunlaşdıra bilməyəcəyiksə bu, problem ola bilər. Amma dövlət artıq bu məsələləri həll etməkdədir. Qarabağda məskunlaşma və sosial-iqtisadi məsələlər bizim üçün çox önəm daşıyır. Çünki çox həssas məsələdir. Bu istiqamətdə fəaliyyət daha da genişləndirilməlidir ki, yaxın illər ərzində oradakı əhalinin məskunlaşma sayı artsın və iş şəraiti, digər təminatları daha da genişləndirilsin”.
Röya İsrafilova
13 İyun 21:05
2 786
13 İyun 20:55
1 554
13 İyun 20:06
2 954