Əfqanıstanda smartfon qadağan edildi: Pozanlar hərbi məhkəməyə veriləcək​​​​​​​ Gündəm

Əfqanıstanda smartfon qadağan edildi: Pozanlar hərbi məhkəməyə veriləcək​​​​​​​

Taliban hərəkatının lideri Hibatullah Axundzadə qruplaşma üzvlərinə və dövlət qulluqçularına smartfonlardan istifadəni qadağan edən fərman imzalayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə müvafiq sənədə istinadən Londonda yerləşən "Afghanistan International" telekanalı məlumat yayıb.

Sənədin mətnindən məlum olur ki, qadağanı pozanlar hərbi məhkəmə qarşısına çıxarılacaq. Onları hansı cəzanın gözlədiyi isə hələlik məlum deyil. Hərbi məhkəmələrin əməkdaşlarına dövlət qulluqçuları arasında smartfon qadağasına əməl olunmasına nəzarət etmək tapşırılıb. Bu məqsədlə nəzarətə götürüləcək bütün şəxslərin adları, vəzifələri, xidmət yerləri, həmçinin mobil operatorları və telefon nömrələri barədə məlumatların yer aldığı xüsusi siyahı hazırlanıb.

"Afghanistan International"ın məlumatına görə, bir neçə gün əvvəl Əfqanıstandakı məktəb və mədrəsələrdə də smartfonlardan istifadə qadağan edilib. Ali təhsil naziri isə smartfonları "müsəlmanların üç əsas düşmənindən biri" adlandırıb.

Məryəm Quliyeva