ABŞ-İran razılaşması: Livan və qoşunların çıxarılması şərti yoxdur Gündəm

ABŞ-İran razılaşması: Livan və qoşunların çıxarılması şərti yoxdur

Amerika rəsmiləri iddia edirlər ki, ABŞ və İran arasında əldə olunmuş çərçivə razılaşmaları İsrail qoşunlarının Livandan çıxarılmasını nəzərdə tutmur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın yüksək rütbəli rəsmi nümayəndəsi İsrail qoşunlarının Livandan çıxarılmasının Tehranın Vaşinqtonla qarşılıqlı anlaşma memorandumu imzalamasının şərtlərindən biri olub-olmaması barədə sualı cavablandırarkən bildirib.

"Saziş atəşkəsdən ibarətdir. Və bu, birtərəfli atəşkəs olmayacaq. Yəni, əgər İran Hizbullahı idarə edə bilməsə və İsrail şəhərlərinə hücum olunarsa, İsrailin özünü müdafiə etmək və cavab vermək hüququ olacaq", — deyə o qeyd edib.

Bundan əlavə, rəsmi şəxs təsdiqləyib ki, ABŞ və İran arasında yekun razılaşmalar Amerika qoşunlarının Yaxın Şərqdəki sayının azaldılması imkanını nəzərdə tutacaq.

Məryəm Quliyeva