Tramp İranla danışıqlar üçün şərtini açıqladı: Əvvəlcə atəşkəs Gündəm

Tramp İranla danışıqlar üçün şərtini açıqladı: Əvvəlcə atəşkəs

ABŞ Prezidenti Donald Tramp Tehranın atəşkəslə razılaşacağı təqdirdə İranla sülh danışıqlarına şans verməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti amerikalı rəsmiyə istinadən məlumat verib.

"Bu, istənilən danışıqların əsasını təşkil edir — onlar atəşkəslə başlayır və bu addımı ilk olaraq İran atmalıdır", — deyə nəşrin mənbəsi bildirib. "ABŞ prezidenti mümkün qədər tez bir zamanda razılaşma əldə etmək istədiyini çox aydın şəkildə bildirdi. Lakin iranlılar gəmilərə, ABŞ bazalarına və Fars körfəzindəki müttəfiqlərinə hücum etməyə davam edəcəklərsə, bunun bədəlini ödəməli olacaqlar", — deyə qəzetin həmsöhbəti əlavə edib.

"New York Post"un məlumatına görə, tərəflər texniki məsləhətləşmələri və vasitəçilərlə qarşılıqlı əlaqəni davam etdirirlər.

Məryəm Quliyeva